"“Makronyan” və digərləri ermənilərin tərəfindədir" - ŞƏRH EDİLDİ

"“Makronyan” və digərləri ermənilərin tərəfindədir" - ŞƏRH EDİLDİ

“Ermənistanın etdiklərini ifadə etmək üçün ən yaxşı söz “şou”dur. Onlar hər kəsə göstərməyə çalışır ki, "erməni xalqı çox pis gündədir", dünya onlara yenə də kömək etməlidir. Azərbaycan hakimiyyəti isə artıq öz sözünü deyib”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin tək təklifi və tələbi var: “Əgər separatçılar və Ermənistanda onları dəstəkləyən qüvvələr buna razıdırsa, o zaman onların gələcəkdə Azərbaycanla heç bir problemi olmayacaq. Yol, su, enerji, qida, kənd təsərrüfatı məhsulları, dərman və s. kimi problem yaşanmayacaq. Sadəcə olaraq lazım olan şey onların Azərbaycan dövlətinin qanunlarına, tələblərinə riayət edərək vətəndaşlığı qəbul etməsidir”.

Deputat sözlərinə davam edərək bildirib ki, ermənilər istədikləri qədər şou göstərsinlər: “Fransadan başqa bütün dünya bizi dəstəkləyir. Əfsuslar olsun ki, Fransanı idarə edən “Makronyan” və digərləri ermənilərin tərəfindədir. Amma bir Fransa nə edə bilər ki? Heçnə. Azərbaycan Prezidentinin də dediyi kimi, “dəmir yumruq” yerindədir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə