Ukrayna Prezidenti Vladimir Zelenski humanitar yardıma görə Azərbaycana təşəkkür edib.
SİA APA-ya istinadən xəbər verir ki, Zelenski bu barədə axşam videomüraciətində bildirib.
"Bu həftə dövlətimizə, xalqımıza, ordumuza, bütün vətəndaşlarımıza dəstək olan bütün ölkələrə təşəkkür etmək istəyirəm", - deyə qeyd olunub.
O, Azərbaycana minalardan təmizləmə və humanitar yardım üçün çox sağ ol deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB