"ARB 24” telekanalı ilə Qırğızıstan televiziyası arasında memorandum imzalanıb

"ARB 24” telekanalı ilə Qırğızıstan televiziyası arasında memorandum imzalanıb

Şuşada keçirilən Qlobal Media Forumu çərçivəsində Azərbaycanın “ARB 24” telekanalı ilə Qırğızıstanın “Ala Too 24” telekanalı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. SİA xəbər verir ki, sənədi ARB telekanalının icraçı direktoru Radik İsmayılov və Qırğızıstanın Milli Tereradio Kooperasiyasının direktor müavini Ulanbek Satiyev imzalayıblar.

Qeyd edək ki, sənəd gündəlik xəbər mübadiləsini, əməkdaşların qarşılıqlı səfərlərinin təşkilini, birgə informasiyaların hazırlanmasında dəstəyin göstərilməsini nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə