"Bu gün Türkiyə bütün sahələrdə əməkdaşlığa çox diqqət yetirir" - TBMM SƏDRİ

"Bu gün Türkiyə bütün sahələrdə əməkdaşlığa çox diqqət yetirir" - TBMM SƏDRİ

Azərbaycan bizim üçün Cənubi Qafqazda müttəfiq ölkələrindən biridir. Burada Azərbaycanın güclü olması Türkiyənin güclü olması deməkdir. SİA xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Bakıda jutnalistlərə açıqlamasında deyib.

“Bundan başqa biz təkcə Azərbaycanla deyil, digər Türk dövlətləri ilə də əlaqələri gücləndirməyi düşünürük. Bu gün Türkiyə xarici siyasətdə, iqtisadiyyatda və digər sahələrdə əməkdaşlığa çox diqqət yetirir”, - deyə o qeyd edib.

Parlament sədri bildirib ki, son günlərdə Cənab prezident Ərdoğanın Vilnusda NATO samimitində iştirak edərkən bizim burada olmağımızın da səbəbi var. “Bunun səbəbi Türkiyənin Türk dövlətləri ilə əlaqələrini yüksək səviyyədə davam etdirdiyini göstərməkdir. Bundan sonra da əsas hədəflərimiz Türk dünyasının siyasətini dünyada tanıtmaqdır. Bu səfərimiz də Türk dünyasına böyük töhfə verəcəyini düşünürük”, - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə