Numan Kurtulmuş Azərbaycana səfər edəcək

Numan Kurtulmuş Azərbaycana səfər edəcək

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycana səfər edəcək.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Numan Kurtulmuş iyulun 11-də Şimali Kipr Türk Cümhuriyyətinə, iyulun 12-də isə Azərbaycana səfər edəcək. Səfər çərçivəsində Numan Kurtulmuş Prezident İlham Əliyevlə və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə