Cari ilin 23 iyun tarixində dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. 44 günlük İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir və bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi. Müharibə Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır. Vətən müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır. Belə ki, müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırır və bu vəziyyətdə Azərbaycan ordusunun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. İkinci Qarabağ müharibəsindən sonra yeni isilahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının, həm uzaqmənzilli raketlərin Azərbaycana gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir. Həmçinin, Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir. Bu gün Azərbaycan daha da güclüdür və bu gün Silahlı Qüvvələr vahid proqram əsasında inkişaf edir. Eləcə də, Müdafiə Nazirliyinin dəniz piyadalarının sayı bir neçə dəfə artırılıb və bu artım davam edir. Ali Baş komandan ümummilli lider Heydər Əliyevin Azərbaycan Ordusunun formalaşmasında xüsusi rolundan söz açaraq qeyd etdi ki, hələ sovet dövründə Naxçıvanski adına hərbi məktəbin yaradılması məhz bu məqsədi güdürdü ki, Azərbaycanda peşəkar zabit təbəqəsi yaransın. Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti - bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılıb və bütün bu böyük qüvvə bir məqsəd güdür, ərazimizin qorunması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi.
44 günlük Vətən müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də Azərbaycan oldu. Bu gün vaxtilə erməni işğalını əbədiləşdirmək üçün səylər göstərmiş Minsk qrupu artıq gündəlikdə yoxdur, tarixin arxivindədir və artıq vaxtilə Qarabağ erməniləri üçün hansısa xüsusi status tələb edən qüvvələr bu gün tamamilə fərqli açıqlamalar verirlər. Azərbaycan-Ermənistan şərti sərhəd istiqamətində baş vermiş hadisələr, ermənilərin yaşadıqları Qarabağ bölgəmizdə hərbi əməliyyatlar və iki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir. Bu gün ölkəmiz bölgədə söz sahibidir və biz öz şanlı Zəfərimizi siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirdik. Rəşadətli Azərbaycan Ordusu yüksək mənəvi xüsusiyyətlərə malikdir və düşməndən qisasını döyüş meydanında alıb. Ordumuz mülki əhaliyə qarşı müharibə aparmamışdır, bunu hər kəs bilir və görür. Azərbaycanı qisasçılıqda ittiham edənlər qoy gedib güzgüyə baxsınlar. Bizim tələbimiz haqq-ədalətin qorunmasıdır. Azərbaycanın uğurlu iqtisadi siyasətini, ölkəmizin artan gəlirlərini nəzərə alaraq, dövlət büdcəsinə əlavələr edilmişdir. Ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılsın. Cari ilin dövlət büdcəsi müstəqil Azərbaycan tarixində rekord büdcədir. Dövlət büdcəsində iki əsas istiqamət müəyyən edilmişdir - birincisi, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, ikincisi, hərbi potensialımızın gücləndirilməsi. Müzəffər Azərbaycan Ordusunun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır.
İşğal dövründə bizim şəhərlərimiz yerlə-yeksan edilmişdir. Tarixi abidələrimiz dağıdılmışdır. Biz erməni vəhşiliklərini heç vaxt unutmamalıyıq. Bizim müqəddəs ocaqlarımız təhqir edilmiş və dağıdılmışdır. Bütün bu vəhşiliklərə göz yuman beynəlxalq aləm, beynəlxalq ictimaiyyət və indi hər gün Ermənistana baş çəkən rüşvətxor Avropa məmurları və deputatlarıdır. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu gün biz azad edilmiş torpaqlarda geniş quruculuq işləri ilə məşğuluq. Biz keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarırıq.Şuşa şəhərinin azad olunmasının Zəfər səlnaməmizdə xüsusi yeri olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi ki, Şuşa Qarabağın tacıdır. Şuşa azad olunandan sonra Ermənistan dövləti və hökuməti öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur. Şuşa bizim gücümüzün, əyilməz ruhumuzun, qəhrəman hərbçilərimizin şücaətinin, qəhrəmanlığının təcəssümüdür.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB