Aram Səfəryanın yeni “kəşfi”...

Aram Səfəryanın yeni “kəşfi”...

Türkiyə Azərbaycandan müvafiq impulslar alana qədər Ermənistanla münasibətlərin normallaşdırılması prosesini uzadacaq.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bunu İrəvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin Rusiya Araşdırmaları Mərkəzinin direktoru Aram Səfəryan deyib.

Qeyd edək ki, Səfəryan dediklərini əsaslandırmaq üçün ermənisayağı bir nümunə də göstərib.

Belə ki, mərkəz direktorunun sözlərinə görə, hətta bağlı sərhədlər olsa belə, 2022-ci ildə rəsmi iqtisadi embarqonun davam etməsi fonunda Türkiyədən Ermənistana ixracın həcmi təxminən 400 milyon dollar təşkil edib.

Erməninin fikrincə, bütün bu “oyunlar” Azərbaycan üçün oynanılır.

Beləliklə, Aram Səfəryan “tam əmindir”, Ankara Azərbaycanın maraqlarına “ən azı bir zərrəcə” zidd olan erməni istiqamətinə doğru bir addım belə atmayacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə