“Fransa parlamentariləri regionda sülhə qarşı çıxırlar” - DEPUTAT DANIŞDI

“Fransa parlamentariləri regionda sülhə qarşı çıxırlar” - DEPUTAT DANIŞDI

“Fransanın hər zaman Azərbaycanın ərazi bütövlüyünə qarşı münasibəti neqativ olub. Müharibə gedən müddət ərzində Fransa prezidentinin Azərbaycana qarşı səsləndirdiyi bəyanatlar beynəlxalq hüquqa zidd olub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu bəyanatlar həm də Fransa-Azərbaycan münasibətlərinə uyğun olmayıb: “Bu gün də eyni formada Fransa parlamentariləri regionda sülhə qarşı çıxırlar. Əgər Fransa doğurdan da BMT TŞ-nın 5 daimi üzvündən biridirsə, bu onun həm də beynəxalq hüquq təminatçılarından biri olduğunu göstərir. Buna görə də dövlətlərarası münasibətlərdə mütləq beynəlxalq hüquq əsas götürülməlidir. Bu təkcə Fransanın Azərbaycana qərəzli münasibəti deyil, eyni zamanda Fransa dövlətçilik ənənələrinin pozulmasıdır.

Son dövrlərdə Fransada ayrı-ayrı şəxslərin, dövlət adamlarının Azərbaycana qarşı səsləndirdiyi bəyanatlar da Fransadan ölkəmizə qarşı olan, süni şəkildə formalaşdırılan siyasi mühitin göstəricisidir. Lakin nə olur-olsun bu bəyanatların regionda sülhün təmin olunmasına mənfi təsirləri olmayacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə