"Təxribatların başlıca səbəbi Rusiyadır" - SİYASİ EKSPERTDƏN AÇIQLAMA

"Təxribatların başlıca səbəbi Rusiyadır" - SİYASİ EKSPERTDƏN AÇIQLAMA

"Təxribatların başlıca səbəbi Rusiyadan qaynaqlanır. Rusiya bölgədəki prosesləri pozmaq, separatçıları Azərbaycana qarşı qaldırmaq üçün bu cür metodlara əl atır". Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O, qeyd edir ki, bu məsələdə Ermənistandakı 5-ci kolonun da günahı var: "Onlar bu proseslərin qızışdırılmasına təkan verən tərəflərdən biridir. Bu təxribatların dayandırılması üçün Azərbaycan hər cür səy göstərir. Ermənistan tərəfinin siyasi rəhbərliyi isə Rusiya ilə yaxınlaşır və onların əmirlərinə tabe olur".

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə