“Ermənistanın təxribatları gözlənilən idi. Biz hər zaman Ermənistanı Azərbaycana qarşı təxribat törədə bilməyəcək şəkildə zəif durumda saxlamağın vacibliyi düşüncəsində olmuşuq. Zəngilan istiqamətində törədilən növbəti təxribatlar əlamətlərinə görə, yenidən ona hesablanıb ki, Azərbaycanın cavab reaksiyasına nail olaraq ölkəmizin Ermənistana qarşı aqresiyya tətbiq etməsi barəsində dünyaya car çəkilsin”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, qarşı tərəf Azərbaycana qarşı qərəzli mövqelərin formalaşdırılmasına çalışır: “Avropa İttifaqının mülki missiyasının öncədən xəbəri varmışcasına sürətli bir şəkildə əraziyə yollanması da Ermənistanın niyyətindən xəbər verir. Düşünürəm ki, Avropa İttifaqının mülki missiyası ermənilərin törətdiyi təxribatların məsuliyyətini Azərbaycanın üzərinə yazmağa çalışacaq. Bu mülki missiyanın göndərilməsinin başlıca məqsədi də bundan ibarətdir.
Məsələnin digər bir tərəfi də diqqəti cəlb edir. Belə ki, Ermənistan rus hərbçilərinə atəş açmaqdan da çəkinməyib. Görünür ki, onlar elə rusların da cavab reaksiyasına nail olmağa çalışırlar. Ermənistan Avropanın təlimatları əsasında bütövlükdə Avropanın regionda gələcək zamanda hərbi missiyasının da olmasına cəhd göstərir. Çünki Ermənistanın özünün sərbəst mövqeyi yoxdur. Bu günə kimi törədilən bütün erməni təxribatlarına Azərbaycanın verdiyi qətiyyətli cavablar bizim mövqelərimizi daha da möhkəmləndirir. Ermənistanın heç bir təxribatçı cəhdi onun gözlədiyi nəticələrlə sonlanmayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB