XİN tviterdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

XİN tviterdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

"Ümummilli Lider Heydər Əliyev ölkəmizi ictimai-siyasi böhrandan xilas etdi". SİA xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) tviter-də 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı paylaşımında yer alıb.

"Bu gün 15 İyun - Milli Qurtuluş Günüdür. Hakimiyyətə qayıdışı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizi ictimai-siyasi böhrandan xilas etdi, inkişafın sarsılmaz təməlini qoydu, dövlətçiliyimizi daha da möhkəmləndirdi. Milli Qurtuluş Günümüz mübarək!", - XİN-in paylaşımında qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə