“Ərdoğanın rəsmi səfəri əməkdaşlığın daha dinamik inkişafına zəmin yaradacaq” - DEPUTAT DANIŞDI
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəvəti ilə qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dövlət səfərinə gəlib. Bu Ərdoğanın ölkəmizə prezident seçkilərindən sonra ilk səfəridir. Nəzərə almaq lazımdır ki, Azərbaycan və Türkiyə münasibətlərində Prezident seçkilərindən sonra ilk qarşılıqlı səfərlərin edilməsi ənənəsi artıq formalaşıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, bu baxımdan cənab Ərdoğanın Azərbaycana səfəri olduqca əhəmiyyətlidir: “Azərbaycan-Türkiyə münasibətləri Ərdoğanın rəhbərliyi dövründə özünün xüsusi inkişaf dövrünü yaşadı. 2021-ci il iyun ayının 15-də Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərini özündə ehtiva edən Şuşa bəyannaməsi imzalandı. Azərbaycan-Türkiyə münasibətləri Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, dünyanın digər ölkələrinin qardaşlıq münasibətləri qurması üçün bir nümunədir. Ərdoğanın seçkilərdən sonra Azərbaycana dövlət səfəri etməsi bundan sonrakı mərhələdə münasibətlərin və əməkdaşlığın daha dinamik inkişafına zəmin yaradacaq.
Cənubi Qafqaz regionunda həyata keçirilən çox mühüm nəqliyyat və enerji layihələrində Azərbaycan-Türkiyə iş birliyi də həlledici amil rolunda çıxış edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB