Qazaxıstanda Ümummilli Liderin 100 illik yubileyi qeyd olunacaq

Qazaxıstanın Almatı şəhərində iyunun 12-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, Al-Farabi adına Qazax Milli Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizi Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təmsil edəcək.

Qənirə Paşayeva səfər çərçivəsində, həmçinin Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi və görkəmli ədib Mir Cəlal Paşayevin 115 illik yubileyi ilə bağlı bir sıra tədbirlərə də qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə