Bəhruz Quliyev: “Ulu Öndər insanlığın ən gözəl nümunəsi idi“

“Ulu Öndər haqqında saatlarla müxtəlif istiqamətlər üzrə danışmaq olar”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, Ulu Öndər hər kəslə onun öz sahəsinin dili ilə danışa bilirdi: “Ümummilli Lider Heydər Əliyev insanlığın ən gözəl nümunəsi idi. Biz Ümummilli Lider ilə bir çox səfərlərdə olmuşuq. O, bir lider olaraq səfərlər zamanı rəsmi dövlət adamları ilə deyil, məhz biz jurnalistlərin yanında olurdu. Məhz Ulu Öndərin yaratdığı şərait sayəsində biz fikirlərimizi səmimi şəkildə səsləndirə bilirdik. Qurtuluşa qədərki dövrdə respublika əldən gedirdi, hər kəs istədiyini edirdi. Dövlət ümumiyyətlə idarəolunmaz vəziyyətdə idi. Amma qurtuluşdan sonrakı dövrdə isə Azərbaycan inkişaf etməyə, öz sözünü deyən bir ölkəyə çevrildi. Bütün sahələr üzrə görülən işlər, atılan addımlar və ölkəmizin durmadan inkişaf etməsi məhz Ulu Öndər Heydər Əliyevin adı, fəaliyyəti ilə bağlıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə