"Ermənilər hər zaman təxribatçı bir xalq olub" - MÜNASİBƏT BİLDİRİLDİ

"Məlumdur ki, son günlər Ermənistan Azərbaycana qarşı yenidən təxribatlar törədir. Bunun əsas səbəbi Azərbaycanın öz ərazisində qayda-qanun yaratması ilə bağlıdır. Laçın buraxılış məntəqəsinin quraşdırılması Qarabağa gələn və qayıdan ermənilərin işini çox çətinləşdirib, ciddi yoxlama var". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Vüqar Əhmədov sözlərinə belə davam edib: "Mən keçən həftə Şuşa həbsxanasında aşkar olunan kütləvi məzarlığa baxış keçirmək üçün səfər edərkən bunun şahidi oldum. Hətta ekofəalların aksiya keçirdiyi indiki keçid yolunda Azərbaycan polisi və sərhədçiləri çox ciddi şəkildə yoxlama keçirir. Kiçik avtobus dolu erməni bütün sənədləri yoxlandıqdan sonra buraxıldı, bu hələ ekofəalların olduğu aksiya yeridir.

Ermənilər hər zaman təxribatçı bir xalq olub, hələ Qarabağ müharibəsi yeni alovlanan 1988-ci ildən onlar hər zaman azərbaycanlılara qarşı təxribat törədirdilər. İndi Azərbaycan dövlətinin rəsmi gücünü, qayda-qanunu hiss edirlər və bunu pozmaq istəyirlər. Lakin bunu bacarmayacaqlar ya qanunlara tabe olub yaşamalı, yaxud birdəfəlik Qarabağı tərk etməlidirlər. Əslində erməni mülki əhaliyə qalsa, onlar artıq ram olunubdur. Əsas bu təxribatları törədənlər oradakı separatçılardır, onların da ömrünə az qalıb, belə təxribatlarla oradakı mülki əhalini da çaşdırmağa çalışırlar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə