Qərbi Azərbaycan İcmasının yeni loqosu ictimaiyyətə təqdim edilir - YENİLƏNİR - FOTOLAR
Qərbi Azərbaycan İcmasının yeni loqosu ictimaiyyətə təqdim edilir. SİA xəbər verir ki, loqonun təqdimat mərasimi ilə bağlı keçirilən mətbuat konfransında Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli media nümayəndələrinə loqo barədə məlumat verərək bildirir ki, loqonun tərtibatında İrəvan xanlığının bayrağında yer alan günəş və Azərbaycan dövlətinin rəmzlərindən biri olan səkkiz guşəli ulduz bir-biri ilə sintez edilərək Azərbaycan bayrağının rənglərində təcəssüm olunub. Üçbucaq şəkilində olan hər bir ikon öz evlərindən deportasiya olunmuş qərbi azərbaycanlıları təmsil etməkdədir.
İkonların üçkünc olması rəmzi olaraq öz ata-baba yurdlarına qayıtmaq istəyi ilə yaşayan soydaşlarımızın evlərinə doğru olan istiqamətini ifadə etməkdədir. Üçbucaq ikonların dairə şəklində birləşməklə yaratdığı birlik Qərbi Azərbaycan İcmasını təmsil edir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB