Rusiya-Ukrayna müharibəsi nə vaxt bitəcək? -SİYASİ-EKSPERT AÇIQLADI

Rusiya-Ukrayna müharibəsi nə vaxt bitəcək? -SİYASİ-EKSPERT AÇIQLADI

"Görünən odur ki, müharibə yaxın dönəmlərdə aktiv fazaya keçəcək. Yeni hücumlar və əks-hücumlar baş verəcək". Bu sözləri SİA- ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədov bildirib.

Onun sözlərinə görə, müharibənin sona çatması ilə bağlı proqnoz vermək çətindir. Bu bir çox amildən asılıdır: "Lakin hazırda ən əsas amil ondan ibarətdir ki, Rusiya və Ukraynanın ölkə olaraq dayanıqlılığı çox vacibdir. Müharibənin əvvəlində Ukraynanın hazırlığı daha zəif idi. Hal-hazırkı dönəmdə vəziyyət tamam dəyişib. Belə ki Rusiyada hal-hazırda daxili qarşıdurmalar var, müharibədə iştirak edən özəl hərbi kompaniyaların, şirkətlərin hərbi dəstəkləri Müdafiə Nazirliyinin dəstəklərinə qarşı hərbi əməliyyatlar keçirir. Müdafiə Nazirliyi həmin şirkətlərin hərbi hissələrinə, hərbiçilərinə qarşı əməliyyatlar keçirir. Müharibənin bəzi qaynar nöqtələri artıq Rusiyanın ərazisindədir. Bütün bunlar onu deməyə əsas verir ki, müharibə yaxın gələcəkdə bitməyəcək.

Danışıqlara başlamaq üçün hər bir tərəf öz mövqeyində maksimalist yanaşma nümayiş etdirir. Bu da normaldır, çünki maksimalist yanaşmayla danışıqlara gedib nəyəsə nail olmaq olar. Hər iki tərəf qarşı tərəfi məğlub edə biləcəyinə əmindir. Bu əminlik var olduqca müharibə bitməyəcək. O vaxta qədər ki, hər iki tərəfin qüvvəsi tükənir və bu tükənmə ya müharibənin intensivliyini aşağı salır, ya da sülhə məcbur edir, o zaman sülh müqaviləsindən danışmaq olar. Lakin bu hələlik aktual deyil".

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə