"Rusiyanın qalib olma ehtimalı günü-gündən azalır" - HƏRBİ EKSPERT DANIŞDI
"Hazırda Rusiyanın Ukraynaya təzyiqləri davam edir. Ukrayna tərəfindən də əks-hücum üçün zəruri olan tədbirlərin həyata keçirildiyi məlumdur. Nəticə etibarilə döyüş əməliyyatları teatrında son 10 ayda yüz min itkidən sonra Rusiya Baxmut şəhərini ələ keçirdi". Bu sözləri SİA-ya açıqlamasında hərbi-siyasi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, Rusiyada, xüsusilə də Belqrad ərazisində Ukraynanı dəstəkləyən bir qrup aktiv fəaliyyət göstərir: "Müharibənin bu il başa çatma ehtimalı böyükdür. Çünki hər iki tərəf bu müharibədə kifayət qədər resurslar itirib. Rusiyanın işğalçılıq planı demək olar ki baş tutmayıb. 3-4 gün üçün nəzərdə tutulan əməliyyat artıq ikinci ildir ki, davam edir. Bu, Rusiyanın müharibədə qalib olmaq şansını hər keçən gün daha da azaldır. Amma Ukraynanın da müharibədən qalib olaraq çıxması üçün Qərb tərəfindən kifayət qədər resursla təmin olunmağa ehtiyacı var. Resurslarla təmin edilsə, ən azından 2014-cü ildə mövcud olan təmas xəttini bərpa edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB