"Azərbaycanın Litva ilə intensivləşən sıx əlaqələri var" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanın Litva ilə intensivləşən sıx əlaqələri var" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanın Litva ilə intensivləşən sıx əlaqələri var. Bu əlaqələr hər dönəm daha da dərinləşir və yeni sahələri əhatə edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, siyasi məsləhətləşmələrimiz vaxtaşırı olaraq keçirilir və bütün əsas məsələlər üzrə mövqeyimiz üst-üstə düşür: "Dünyada sülhün qorunması, stabilliyin möhkəmlənməsi, beynəlxalq hüququn səmərəli işləməsi məsələlərində, ölkələrin milli maraqlarına, ərazi bütövlüyünə hörmətlə yanaşılması məsələsində mövqelərimiz tamamilə üst-üstə düşür.

Aydın Mirzəzadə sözlərinə belə davam edib: "Cənab Prezident və Birinci vitse-prezidentin Litvaya səfəri Azərbaycan Litva münasibətlərinin daha da genişlənməsinə xidmət edir. Ölkələr bir-birini daha yaxşı tanımağa, bir biri-ilə əməkdaşlığın yeni formalarını tapmağa və möhkəmlətməyə nail olacaqlar. Azərbaycan öz ərazi bütövlüyü və işğaldan azad olunan torpaqlarda bərpa-quruculuq işlərinin gedişatı barədə məlumatları Litva tərəfə çatdıracaq. Eyni zamanda, həmin ərazilərdə Litva şirkətlərinin fəaliyyəti üçün ən yaxşı şəraitin yaradılmasının hazır olunması ilə bağlı da mesajlar veriləcək.

Humanitar sahədə əlaqələr də hər iki ölkə üçün olduqca əhəmiyyətlidir. Tərəflər təhsil, səhiyyə, mədəniyyət, incəsənət, gənclər təşkilatlarının sıx əlaqələri istiqamətində imkanların daha da genişlənməsi barəsində şübhəsiz ki fikir mübadiləsi aparacaqlar. Həmçinin, dünya bir-birindən 1000 km məsafədə yerləşən iki ölkənin necə dostluq və mehriban qonşuluq nümunəsi ortaya qoyduğunun şahidi olacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə