"Azərbaycan, Türk dünyası var olduqca Heydər Əliyev də, onun irsi də var olacaq"

"Azərbaycan, Türk dünyası var olduqca Heydər Əliyev də, onun irsi də var olacaq"

"Ulu öndərin 100 illiyinə həsr olunan tədbirlərin hər biri yadda qalandır". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev söyləyib.

O, bildirib ki, Azərbaycan, Türk dünyası var olduqca Heydər Əliyev də, onun irsi də var olacaq: "Azərbaycan dövlətinin azad, müstəqil olmasında, dünya miqyasında müstəqil dövlət kimi tanınmasında Heydər Əliyevin bilavasitə rolu var. Ümummilli Liderin idealarının yerinə yetirilməsi bu gün bizim gələcək təminatımızın ən vacib ünsürüdür. Dünya da, Azərbaycan da gələcəkdə də Heydər Əliyevin irsini öyrənməyə davam edəcək və hesab edirəm ki, bu irsi öyrənmək ölkəmizin uğurlar qazanmasında çox böyük əhəmiyyət kəsb edir".

Müəllif: Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə