Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının üçtərəfli görüşü başlayıb

Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının üçtərəfli görüşü başlayıb

Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüş başlayıb.

SİA-nın məlumatına görə, Rusiya XİN-in Qəbullar Evində keçirilən görüşdə Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan iştirak edirlər.

Görüşdə Bakı ilə İrəvan arasında sülh sazişinin hazırlanması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması, ictimaiyyət, ekspertlər və parlamentarilər xətti ilə təmasların qurulması daxil olmaqla üçtərəfli razılaşmaların həyata keçirilməsi predmetli şəkildə müzakirə olunur.

Qeyd edək ki, üçtərəfli görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüşün keçirilməsi də planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə