Əli Əsədov Hanaf Ali Əl Gebali ilə görüşüb

Azərbaycan-Misir əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub
Əli Əsədov Hanaf Ali Əl Gebali ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 16-da ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebali ilə görüşüb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Bakıda Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən xüsusi iclasında Misirin yüksək səviyyəli nümayəndə heyətinin iştirak etməsindən məmnunluq ifadə olunub.

Azərbaycanla Misir arasında əlaqələrin hazırkı inkişaf səviyyəsi yüksək qiymətləndirilib.

Misir Ərəb Respublikası Prezidentinin cari ilin yanvarında ölkəmizə baş tutmuş səfəri xatırlanaraq, iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının mühüm rolu vurğulanıb.

Görüşdə, həmçinin Azərbaycan-Misir qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə