"Dövlətimiz gələcəkdə qarşısına qoyduğu hədəflərə nail olacaq" - DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycan Prezidenti İlham Əliyev Şuşadakı çıxışında bir çox önəmli məsələlərə toxundu. Dövlət başçısı Azərbaycanın həm keçmişi, həm də gələcəyi ilə bağlı fikirlər səsləndirib və eyni zamanda, geniş şəkildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və güclənməsində oynadığı roldan bəhs edib”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan davamlı olaraq inkişaf edir və öz suverenliyini gücləndirir: “Şübhəsiz ki, əldə olunan uğurlarda həm Ümummilli lider Heydər Əliyevin, həm də Azərbaycan Prezidenti İlham Əliyevin çox böyük xidmətləri var. Azərbaycanın getdikcə inkişafı onu göstərir ki, dövlətimiz gələcəkdə qarşısına qoyduğu hədəflərə nail olacaq”.
Deputat sözlərinə davam edərək bildirib ki, bugünkü gündə bizim qarşımızda duran ən önəmli vəzifələrdən biri Ulu Öndər Heydər Əliyev irsinin qorunması, gələcək nəsillərə çatdırılması və təbliğidir: “Bu gün Azərbaycan bu istiqamətdə bütün lazımlı addımları atır. Bu da bir hesabat məqsədi və mahiyyəti daşıyır. Həm Ümummilli lider, həm də ölkə başçısı İlham Əliyevin Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmlənməsində, müstəqillik və suverenliyimizin qorunmasında çox müstəsna xidmətləri var. İndi bu müstəsna addımlar Ulu Öndərin hakimiyyəti Azərbaycanın inkişafına səbəb olub. Azərbaycan xalqı heç vaxt onun xidmətlərini unutmayacaq və hər zaman ehtiramla yad edəcək. Ulu Öndər Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də Prezident İlham Əliyev kimi şəxsiyyətin yetişdirilməsi olub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB