"Azərbaycan ərazisindən keçən nəqliyyat xətləri böyük əhəmiyyət daşıyır"
Xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan ərazisindən keçən nəqliyyat xətlərinin böyük əhəmiyyət daşıdığını deyib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
O qeyd edib ki, bəzən İran vasitəsi ilə nəqliyyatdan danışırlar, lakin İran vasitəsi ilə bu artıq mövcud idi və Orta Dəhliz isə həyati əhəmiyyətə malikdir.
Çavuşoğlu, həmçinin Türkiyə ilə İraq arasında strateji əhəmiyyət daşıyan nəqliyyat xəttinin çəkiləcəyini də vurğulayıb.
Çavuşoğlu Ermənistanın səmimi addımlar atmamasının bölgədə gərginliyə səbəb olduğunu və Azərbaycan ilə Türkiyənin qonşu Ermənistanla münasibətlərin normallaşması prosesi çərçivəsində səmimi olduqlarını da vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB