“İkinci Dünya müharibəsi alman faşizminin birinci dünya müharibəsindəki məğlubiyyətini qəbul etməməsi ilə başladı. Hitler hakimiyyətə gəldikdən sonra “qələbələr” qazandı, alman cəmiyyətində revanşizm baş qaldırdı. Hitlerin liderliyi anti-humanist liderlik idi və onun hakimiyyəti dövründə almanların məğlubedilməzliyi ilə bağlı mif yarandı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, Almaniya dünyanın siyasini xəritəsini dəyişməyə başlamışdı: “Lakin həyat da, tarix də göstərir ki, anti-humanist ideyalar müəyyən müddət yayılsa belə, insanlıq üçün hər zaman keçərli ola bilmədi. Bu qələbə təkcə Sovetlər İttifaqına aid edilə bilməz, bu bütün dünyanın qələbəsi idi. Zaman keçdikcə bir çox sirlərin üstü açılır. Hətta Almaniya və SSRİ-nin bəzi məqamlarda əməkdaşlıq etmək fikirlərinin olduğu bəlli olub, lakin bunun heç bir nəticəsi olmayıb.
İkinci dünya müharibəsində qəhrəmanlıq göstərən, faşizm üzərində qələbə çalınmasında böyük rolu olan azərbaycanlılar da olub. Azərbaycan dövləti hər zaman onların yanında olub, onlara təqaüd verilməsi, yardım edilməsinə xüsusi önəm verib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB