“Dünya birliyi Ermənistanla Azərbaycan arasında sülh yaratmaq, həmcinin Cənubi Qafqazda təhlükəsizliyi bərqərar etmək istəyirsə, kənar qüvvələri prosesdən uzaqlaşdırmalıdır. Bu, həm Rusiyaya, həm Avropaya, həm də ABŞ-a aiddir. Fakt budur ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmamasına səbəb kənar qüvvələrdir. Onların regional maraqları sülhü əngəlləyir. Halbuki, keçmişdə, hətta I Qarabağ münaqişəsinin ən qızğın vaxtlarında belə hərbi-siyasi vəziyyət indiki kimi qəliz deyildi. Sülhü əngəlləyən qüvvələr keçmiş Minsk qrupunun həmsədr ölkələridir. Əslində, bu qurumun regionda sülhə mane olmaq, müharibəni qızışdırmaq üçün təsis edildiyi haqda deyilənlər doğru imiş”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Vaşinqtonda Ermənistan və Azərbaycan XİN başçıları arasında keçirilən görüşə digər iki “həmsədr” ölkələrin verdiyi reaksiya da deyilənləri təsdiq edir: “Əgər belə deyilsə, onda beynəlxalq münasibətlər sisteminin ana xəttini təşkil edən ölkələrin ərazi bütövlüyünün tanınması və ona hörmət prinsipi dünyanın 3 güclü dövləti sayılan ABŞ, Rusiya və Fransa tərəfindən niyə pozulsun, yaxud bu prinsipləri pozan cırtdan Ermənistana “gözün üstə qaşın var” iradı niyə bildirilməsin? Deməli, hər 3 “supergüc” yalnız öz maraqlarını güdür, onların dərdi münaqişəni həll etmək deyil. Hər 3 ölkə dünyanın silah bazarında hegemonluq edir. Silahı isə yalnız döyüşlərdə istifadə etmək olar, döyüşlər üçün də müharibələr lazımdır. Adıçəkilən iki ölkənin – Fransa və Rusiyanın ərazisində 78 ildən artıqdır ki, silah səsi eşidilmir. Amerikada isə nə vaxt müharibənin olduğunu tarix belə unudub. İri dövlətlər bu günə qədər müharibəni özlərindən kənara atmağı bacarıblar. Hətta öz aralarındakı fikir ayrılıqlarını, haqq-hesabı çözmək üçün də başqa ölkələrin ərazilərini meydan kimi seçiblər. Cənubi Qafqaz da həmin meydanlardan biridir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB