"Dünyanın heç bir yerində belə qardaşlıq görülməyib" - SABİQ SƏFİR DANIŞDI

"Dünyanın heç bir yerində belə qardaşlıq görülməyib" - SABİQ SƏFİR DANIŞDI

"Türkiyə-Azərbaycan münasibətlərində cənab Prezident İlham Əliyev yeni bir yol göstərdi: "Türkiyə-Azərbaycan tək yumruq". Ulu öndər Heydər Əliyev "Bir millət, iki dövlət" söyləyərkən, Mustafa Kamal Atatürk "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" deyib". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri Hulusi Kılıç bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin "TEXNOFEST"-ə qatılması Türkiyədə böyük məmnuniyyət yaradıb: "Türk xalqı cənab İlham Əliyevə böyük sevgi duyur və hörmət edir. Həmçinin, bu ərəfədə Azərbaycan Prezidentinin "TEXNOFEST"də iştirak etməsi türk xalqına stimul verib. Cənab İlham Əliyev Türkiyənin bu gün gəldiyi səviyyəni dünyaya çatdırmışdır".

Hulusi Kılıç sözlərinə belə davam edib: "Türkiyə-Azərbaycan qardaşlığı dünyanın heç bir yerində yoxdur. Ona görə də biz bundan çox xoşbəxtik. Allah bizim gücümüzü artırsın, birliyimiz daim olsun. "TEXNOFEST" yeni bir dönəmin başlanğıcıdır və "TEXNOFEST"in mərkəzi Azərbaycanda da qurulacaq. İki prezidentin yan-yana gəlib dünyaya poz verməsi dostlarımızı sevindirmiş, düşmənlərimizi qıcıqlandırmışdır. Nə xoş bizə ki, belə gözəl günlər yaşayırıq. Biz türk vətəndaşları olaraq bu əlaqələrdən son dərəcə razıyıq. Biz "Bir millət, iki dövlət"ik. Amma Şuşa bəyənnaməsi bizi "Bir millət və bir dövlət" edib. Biz birlikdə güclüyük. Gücümüz birliyimizdədir. Yaşasın, Azərbaycan Türkiyə qardaşlığı".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə