"Ermənistan mütləq şəkildə cəzalandırılmalıdır” - POLİTOLOQ ŞƏRH ETDİ
“44 günlük Vətən müharibəsindən sonra ermənilərin ərazilərimizdə basdırdığı minalardan 302 hadisə baş verib və 58 nəfərin ölümünə səbəb olub. Bu da ermənilərin mina terrorunun hələ də davam etdiyini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, aprelin 28-də Tərtər rayonu ərazisində mina təmizləmə işi aparan 3 əməkdaş, dünən isə bir çoban minaya düşərək həlak olub: “Biz bu mövzu barədə beynəlxalq təşkilatlara müraciət etmişik. Ermənistan mina xəritələrinin hamısını verməyib. Verilən mina xəritlərinin isə təxminən 25 faizi həqiqətlə üst-üstə düşür. Biz məhz öz gücümüz hesabına ərazilərimizi minalardan təmizləməyə çalışırıq ki, bu proses böyük vəsait tələb edir.Bu mövzuda Ermənistan beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə qınaq obyektinə çevrilməlidir və mütləq şəkildə cəzalandırılmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB