"Zərifə Əliyeva qayğıkeş ana kimi Azərbaycan xalqının yaddaşına həkk olunub" - YAP sədrinin müavini
"Zərifə xanım Əliyevanın vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana kimi nəsillərə nümunə yaratması da Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur". SİA xəbər verir ki, bu sözləri akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Nəsillərə nümunə olan ömür yolu" adlı tədbirdə YAP sədrinin müavini- Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
Tahir Budaqov qeyd edib ki, Azərbaycan qadınlarına məxsus ləyaqətli və şərəfli ömür yaşamış Zərifə xanım xalqımızın ümummilli lideri Heydər Əliyevlə ailə məsuliyyətini paylaşaraq cənab İlham Əliyev kimi tarixi şəxsiyyət yetişdirmişdir: "Heç şübhəsiz, övladının yüksək məqama çatması, Vətən naminə dəyərli və faydalı işlərə imza atması hər bir valideynin ülvi arzusudur. Heydər Əliyev məktəbindən dərs alan, Zərifə Əliyevanın qayğısı ilə böyüyən cənab İlham Əliyev Prezident, Müzəffər Ali Baş Komandan kimi Azərbaycana möhtəşəm uğurlar qazandıraraq, ölkəmizi tərəqqi və Zəfər zirvəsinə yüksəldərək həm ata vəsiyyətini, həm də Vətənə sədaqət andını şərəflə və ləyaqətlə yerinə yetirmişdir. Bu səbəbdən Heydər Əliyevin və Zərifə xanım Əliyevanın ruhu şaddır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB