"Vahid Əhmədovun siyasətçi kimi məntiqi başa düşülən deyil" - HİKMƏT MƏMMƏDOV
"Məlum olduğu üzrə, həmkarımız Vahid Əhmədov bir neçə gün bundan əvvəl onlayn internet kanalına müsahibə vermişdi. O, burada bir sıra məsələlərlə bağlı mövqe bildirərkən Milli Məclisin mənafeyini və Azərbaycanın apardığı siyasəti nəzərə almadı". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Hikmət Məmmədov deyib.
Deputat sözlərinə belə davam edib: "Vahid Əhmədov qeyd edir ki, Azərbaycanda məmur, biznes və oliqarx üçbucağı var. Mən belə anladım ki, elə Vahid Əhmədov özü də bu üçbucağın içərisindədir. Yəqin o, bu işlərlə o qədər məşğul olub ki, ona görə yaxşı bilir. Çünki bu işləri ancaq məşğul olanlar bilər.
Həmçinin, o, Azərbaycanda bu vaxta qədər keçirilən seçkiləri şübhə altına alır. O deyir ki, indiki dövrdə müxalifət olmaq çox çətindir. Buradan belə anlaşılır ki, iqtidar müxalifətə icazə vermir?! Siyasətçi kimi sizin məntiqiniz başa düşülən deyil".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB