Qərbin xain Türkiyə planı – BAXIŞ BUCAĞI

Qərbin xain Türkiyə planı – BAXIŞ BUCAĞI

Türkiyə seçkilrə hazırlaşır. Bir yer uğrundan mübarizə aparan namizədlərin sayı 4 olsa da onların arxasında yüz milyonlar var. Soruşa bilərsiniz ki, Türkiyədə təxminən 85 milyon insan yaşadığı halda yüz milyonlar haradan çıxdı. Yox, səhv eşitmədiniz, məhz 100 milyonlar, çünki, seçkilərin nəticələrində marağı olanlar təkcə Türkiyə vətəndaşları deyil, qardaşının gələcəyini düşünən, inkişaf etməsini istəyən Azərbaycan da var. Amma bu uğurdan, inkişafdan narahat qüvvələr də var ki, gecə-gündüz yatmayıb bu tərəqqii əngəlləməyə çalışırlar. 14 may seçkiləri də onların əlinə, sanki, göydəndüşmə olub.

Bu gün Türkiyə irili-xırdalı 4 cəbhəyə bölünüb. Tərəflər bir-birini ittiham edir, dövləti daha yaxşı idarə edə biləcəyi iddiasını açıq şəkildə ortaya qoyurlar. Amma ədalətin tərəzisini bəzən unudurlar. Dəyişiklik, inkişaf yaxşıdır, amma dəyişiklik ölkənin daha yaxşı və sürətli inkişafını təmin etməyə yetəcəksə, onda buna ikiəlli razılıq vermək və gələcək prezidenti dəstəkləmək lazımdır. Amma görünən odur ki, Ərdoğan xaric, heç bir namizədin idarəçilikdə heç bir uğuru yoxdur, ya da seçki platformasında seçiciləri inandıracaq bir maddəyə rast gəlinmir. Sadəcə, vaxtilə Azərbaycanda olduğu kimi, bəziləri indiki vəziyyəti davam etdirəcəklərini düşünürlər. Amma unudurlar ki, ölkənin indiki inkişafı, dünyada söz sahibi olması üçün Ərdoğanın rəhbərlik etdiyi komanda bütün həyatlarını riskə qoyublar, heç kimin təsəvvür edə bilməyəcəyi uğurlara imza atıblar, xəyalları gerçəkliyə çeviriblər. İndi hakimiyyətə iddialılar isə bu inkişafa mane olmaqdan başqa heç bir “uğur” əldə edə bilməyiblər.

Qardaş Türkiyəni regionun söz sahibi dövlətinə çevirən Rəcəb Tayyib Ərdoğandır, bunu inkar etmək insafsızlıq olar. Qərbin Türkiyəni idarə etməsini qəbul etməyən AK Partiya rəhbərliyi müstəqilliyin bütün atributları ilə yanaşı, texnoloji yeniliklərə söykənən sənayenin inkişafını təmin edə bildi. Amerikanın asılılığından qurtuldu. Hərbi sənayenin inkişafı da maraqlı səbəblərdən baş verdi. Belə ki, ABŞ-ın diqtəsi ilə Qərb ölkələrinin Türkiyəyə müdafiə silahlarını verməkdən imtina etməsi Ankaranı başqa yollar axtarmağa vadar etdi. Əslində Türkiyə əvvəllər olduğu kimi silah tədarükü üçün başqa ölkələrə də müraciət edə bilərdi. Amma Ərdoğan hökuməti başqa yol seçdi. Hərbi sənaye kompleksini yenilədi, ordunun arsenalını öz istehsalı, milli silah sənayesinin məhsulları ilə təmin etdi. Əsl mərəkə də bundan sonar başladı. ABŞ Türkiyəni bəzi bəhanələrlə F35 qırıcı təyyarələrinin istehsalını maliyyələşdirən ölkələr siyahısından çıxardı və bundan bir az əvvəl isə NATO-nun hava hücumundan müdafiə sistemlərini – “Petriot” tipli raketlərini Türkiyə ərazisindən çıxartdı. Bütün bunlar Türkiyəyə bir xəbərdarlıq oldu. Qardaş ölkəyə qarşı sanksiyaların artması, əslində Türkiyənin silah sənayesinin inkişafına, müdafiə qabiliyyətinin artmasına səbəb oldu. Bəzən bu sınaqlardan qazanclı çıxanlar da olur və belə ölkələrdən biri də Türkiyədir.

Qərb Türkiyəni başqa istiqamətdən vurmağa can atır. Eynilə FETO kimi, ölkənin idarəçiliyinə nüfuz etmək planlarını gerçəkləşdirmək istəyir. Cümhuriyyət Xalq Partiyasının sədri, “6-lı Masa”nın namizədi Kılıcdaroğlunu dəstəkləməklə inkişafı əngəlləməyə çalışır. Əslində Kılıcdaroğlu Amerikanın təqdim etdiyi kimi uğurli milli kadr deyil, sadəcə, Qərb CHP sədrini idarə etməkdə çətinlik çəkməyəcək. Bunun Türkiyənin milli maraqlarına nə qədər təsir edəcək, bunu müəyyənləşdirmək o qədər də çətin deyil.

Türkiyədə seçkiöncəsi siyasi mübarizə getdikcə gərginləşir. Qrşılıqlı ittihamların da ardı-arası kəsilmir. Təbii ki, hüququ dövlətin vətəndaşları olaraq türklər bütün məsələlərə sandıq başında aydınlıq gətirəcəklər. Bu gün rəqibləri, xüsən də CHP sədrinin namizədliyini dəstəkləyən “6-lı Masa” Prezident Ərdoğana qarşı təhqir, söyüş və nifrət ifadələrini artırıblar, bu ağır hərəkətlər adi hala çevrilib. Amma bu, sadəcə nifrət deyil, siyasi rəqabəti normal qaydaları çərçivəsində saxlaya bilməyən mentalitetin irsi xəstəliyidir. Düyün-düyün toxumaqla nifrətə çevrilmiş dəlilik siyasətidir.

Keçən həftə küçə müsahibəsində qadının qan donduran nifrət çıxışı gündəmə gəlmişdi. Təəssüf ki, yazarkən belə insanları utandıracaq o ifadələri təkrarlamaq məcburiyyətindəyik. İnsanlıqdan əziyyət çəkməyən şəxs "Allah AK Partiya iqtidarını məhv etsin" deyib. Adam danışmağa söz tapa bilmir. Cümhurbaşqanı bu ölkəyə pis nə edib ki, bu qədər kin-küdurət saçırlar. Müxbir qadından fikirlərini əsaslandırmağı xahiş edir, amma o bir səbəb gətirə bilmir, sadəcə bunu belə istədiyini deməklə kifayətlənir. Prezident Ərdoğan və həmkarlarının ailələrinə qarşı sistemli təhqirlər edilir. Keçmiş xəzinə və maliyyə naziri Berat Albayrakın dördüncü övladının dünyaya gəldiyini paylaşdığı sosial media hesabı altında yazılan təhqirlər, daxili işlər naziri Süleyman Soylunun rəhmətlik anası ilə bağlı paylaşımı altında yazılan təhqirlər ağır hadisələrdir. Nifrət doğuran hadisələrin sayı və miqyası bu məqalənin hüdudlarını aşır.

İnsanlığa qarşı cinayət olan bu nifrət və faşizmin ən təhlükəli tərəfi onun adi hala çevrilməsidir. Əslində biz elə bir vəziyyətdə yaşayırıq ki, “nifrət bayağılığı” adi hala çevrilib. Bütün siyasi partiyaların bu nifrətə qarşı birmənalı mövqe tutmaması nifrət və pisliyi adi hala gətirir. Cümhuriyyət mitinqlərinə, muxtariyyət çağırışı ilə başlayan 17-25 dekabr sui-qəsdinə, 15 iyul xəyanətkar dövlət çevrilişinə və baş verənlərə qarşı bütün tərəflərin bir yerdə reaksiya verməməsi, hakimiyyətə qarşı zorakılıq və nifrət adi hala çevrilib. Prezident Ərdoğana qarşı təhqirlər, söyüşlər və nifrət ifadələri fikir azadlığı kimi paketlənəndə bu ağır hərəkətlər də adi hala çevrilir.

1950-ci il mayın 14-də hakimiyyətini Menderesə təhvil verən zehniyyət uzun illər keçsə, siyasi aktyorlar dəyişsə də, eyni üsullarla nifrət siyasəti istehsal etməyə davam edir. Bu gün Ərdoğanın simasında yaradılan bu nifrət siyasəti keçmişdə Menderes, Özal, Ərbakan, Türkeş, Yazıcıoğlu kimi siyasətçilərə də eyni zehniyyət tərəfindən tətbiq edilib. Yaxın siyasi tariximizdə baş verənləri araşdırdıqda görürük ki, nifrət yaradanlarla öz metodları ilə nifrətə məruz qalanlar eyni mirasın nümayəndələridir.

Demokratların 1950-ci il mayın 14-də keçirilən seçkilərdə qələbəsi İnönüdə keçmişlə barışacaqları qorxusu yaratmışdı. Bu səbəbdən İnönü 1950-ci il mayın 27-də yeni hökuməti belə xəbərdar etmişdi: "Demokratik rejimin firavan dövlət idarəsi şəklində təzahürü müxalifət partiyasından asılıdır. Əgər iqtidara qarşı çıxan müxalifət partiyaları seçim edərsə. Müxalifət partiyası dövləti və milləti gözdən salmaq bahasına olsa belə hər şeyi pis göstərsin. Əgər hakimiyyət hər bir təbii çətinliyi gücləndirməyə çalışırsa, bir sözlə, iqtidar-müxalifət münasibətləri şüursuz qarşıdurma vəziyyətinə düşərsə və çəkişmə, demokratik rejimi məhv edər”. Sonrakı illərdə İnönü və dostları bu yanaşmaya rəğmən hərəkət edərək dağıdıcı müxalifət anlayışı güddülər.

Menderes və onun hakimiyyətini devirmək əzmində olan müxalifət Məclisdə çəkişmə və qarışıqlıq yaradır, xalq arasında qorxu və təşviş yayırdı. DP dövrünün millət vəkillərindən olan Səməd Ağaoğlu "Dostum Menderes" kitabında bu vəziyyəti belə izah edir: "Yalnız Demokrat Partiyasını deyil, Türkiyə dövlətini də çökdürmək istəyən kimi işarələr var. Gizli dodaqlar, xalqın hər məhəllədə yaradılan milyonçular tərəfindən soyulur və nazirlər bu milyonçularla ortaqdır. Ölkənin müdafiəsinin təhlükə altında olduğunu, türk ordusunun kapitalist Amerikanın ixtiyarına verildiyini pıçıldayır. Məxfi qələmlər bunlarla dolu bəyannamələr yazır. Dəhşətli yalanlar və gizli mətbəələr onları yüz minlərlə çap edir”.

Bu gün fərqlidir? Yox. Dövlətin dağılmasını istəyən terror təşkilatları hər gün açıqlamalar verir və hökuməti devirməyə çalışdıqlarını bildirirlər. Maraqlıdır ki, müxalifət partiyaları onlara heç bir reaksiya vermir. Dünən türk ordusunun Amerikanın komandanlığına keçdiyini yalanlayanlar bu gün türk ordusunun Qətərə satıldığını deyirlər. Dünən gizli əşyaların yalanları olduğu halda, bu gün sosial mediada trolların çıxardığı yalanlar aktivləşir.

Rəhmətlik Menderes bu kin-küdurətin səbəbini belə izah edirdi: "Bizim bütün günahımız hakimiyyətə gəlməkdir. Biz bu günaha görə ölənə qədər bizi bağışlamayan bir kin tutacaq".

Amma Türkiyənin doğru seçim edəcəyinə hər kəs inanır, Hakimiyyətdəkilər də, xalq da, imperializmin əlaltısı olanlar da…

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə