13 aprel 2023-cü il tarixdə “Heydər Əliyev ili” çərçivəsində YAP Quba rayon təşkilatı "Alpan" ərazi partiya təşkilatında “Heydər Əliyevin Azərbaycan tarixində izi” mövzusunda növbəti tədbir keçirildi. Tədbirdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşkilatın əməkdaşları, şəhid ailələri, qazilər və Alpan ərazi partiya təşkilatının üzvüləri iştirak edirdi. Tədbir iştirakçıları öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Sonra “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” adlı videoçarx nümayiş olundu.Tədbirdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Alpan ərazi partiya təşkilatının sədri Mehbarə Rüstəmova, Şəhid atası Niyaz Məlikov, Alpan kənd tam orta məktəbinin tarix müəllimi Əfil Dadaşov çıxış ediblər. Çıxış edənlər Ümummilli lider Heydər Əliyevin möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarının yaradılmasından, respublikamızın dünya məkanında öz layiqli yerini tutmasından, Ulu Öndərin hakimiyyətdə olduğu dövrdə ölkəmizin bütün sahələrində baş vermiş müsbət dəyişikliklərdən danışıdılar.Çıxışlarda qeyd olundu ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Məhz Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarmış, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirmişdir. Dahi rəhbər dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur. O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur.Tədbirin sonunda Alpan kənd tam orta məktəbin şagirdləri Ulu öndərə həsr edilmiş şeyrlər söylədilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB