Azərbaycan - Tacikistan münasibətləri yeni mərhələdə ŞƏRH

Azərbaycan - Tacikistan münasibətləri yeni mərhələdə ŞƏRH

Məlum olduğu kimi, aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına səfər etmişdir.Səfər çərçivəsində dövlətimizin başçısı Düşənbənin “Dusti” meydanındakı “Tacikistanın milli həmrəyliyi və dirçəlişi” xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarət etmiş, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək, sonra geniş tərkibdə görüşü baş tutmuş, görüşü başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi olmuş, daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatla çıxış etmişlər.

Prezident İlham Əliyevin sayəsində bu gün Azərbaycanın nüfuzlu dünya dövlətləri ilə ikitərəfli münasibətləri ən yüksək səviyyədədir. Azərbaycan dünyada ən etibarlı, eyni zamanda maraqlı tərəfdaş ölkəyə çevirib.

Bu gün Azərbaycanın öz münasibətlərini uğurla inkişaf etdirdiyi ölkələrdən biri də Tacikistandır. Ölkələrimiz arasında diplomatik münasibətlərin təməli isə 1992-ci il mayın 29-da qoyulmuşdur. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, hümanitar və digər sahələrdə münasibətlər birləşdirir. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Və sözsüz ki, cənab Prezidentin cari ilin 5 aprel tarixində Tacikistan respublikasına dövlət səfəri bu inkişafın və ölkələrimiz arasında əlaqələrin daha da yüksəlişinə güclü təkan verəcəkdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan ilə Tacikistan arasında səmimi münasibətlərin formalaşması hələ ötən əsrin 90-cı illərinin əvvəllərində, iki ölkənin liderlərinin gərgin səyləri nəticəsində mümkün olmuşdur. Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Tacikistanın paytaxtı Düşənbə şəhərində mətbuata bəyanatla çıxış edərkən bu məqamı xüsusi qeyd etmişlər. Prezident İlham Əliyevin vurğuladığı kimi 1990-cı illərin əvvəllərində hər iki ölkə böyük çətinliklərlə üzləşmişdir, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdur, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi baş vermişdir. Vətəndaş müharibəsini qardaş qırğını və müharibələrin ən dəhşətlisi kimi xarakterizə edən Prezident İlham Əliyev o dövrdə Tacikistanda Prezident Rəhmonun , Azərbaycanda isə Ulu Öndər Heydər Əliyevin qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdiklərini və məqsədlərinə nail olduqlarını diqqətə çatdırdı. Cənab prezident çıxışı əsnasında bu gün həm Tacikistanın, həm də Azərbaycanın sabit dövlətlər olduğunu qeyd edərək, məhz bu göstəricinin inkişafın və təhlükəsizliyin əsasında durduğunu vurğuladı.Beləliklə, Prezident İlham Əliyevin Tacikistana səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açmış oldu.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə