MSK seçici siyahıları ilə bağlı məlumatları yoxlayır

MSK seçici siyahıları ilə bağlı məlumatları yoxlayır

Seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı bütün seçki dairələrindən məlumatlar müəyyən edilmiş vaxt çərçivəsində Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

SİA-nın məlumatına görə, bunu Mərəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, hazırda təqdim edilmiş sənədlər yoxlanılır və may ayının sonuna qədər seçicilərin dəqiq siyahısı müəyyən ediləcək.

Qeyd edək ki, Azərbaycanda hər ilin yanvar ayından seçici siyahılarının dəqiqləşdirilməsi prosesi həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə