Prezident: Azərbaycan və Qazaxıstan bir-birinə qardaşcasına münasibət bəsləyirlər
Azərbaycan və Qazaxıstan bir-birinə səmimi, qardaşcasına münasibət bəsləyirlər. Bu, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı zəmindir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə keçirilən məhdud tərkibdə görüşdə söyləyib.
İki ölkə arasında əməkdaşlığın istiqamətlərinə toxunan dövlətimizin başçısı bildirib ki, əlbəttə, indiki şəraitdə ticari-iqtisadi, investisiya layihələri, nəqliyyat-logistika infrastrukturu və ölkələrimizin bu istiqamətlərdə səylərinin birləşdirilməsi ilə bağlı layihələr prioritet əhəmiyyət kəsb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB