“İran İsraili İslam dünyasının düşməni kimi qələmə verir” - SİYASİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“İran İsraili İslam dünyasının düşməni kimi qələmə verir” - SİYASİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“İsrail-İran münasibətləri gərgin olaraq qalır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, bu münasibətlər artıq uzun müddətdir ki, belə gərgin şəraitdədir: “İran İsrailə qarşı bəzi şiə məzhəbli yaxın Şərq ölkələrini qaldırmağa çalışır, özü İsraillə birbaşa qarşıdurmadan çəkinir”.

Vüqar Əhmədov sözlərinə belə davam edib: “Bu iki ölkə arasında yaxın Şərqdə daha çox proksi müharibə gedir. İran İsrailə qarşı daha ədalətsiz münasibət sərgiləyir, İsraili müsəlman dövlətlərinin və İslam dünyasının düşməni kimi qələmə verir. Məhz buna görə İsrail İranın nüvə təhdidindən ehtiyat edir və İsrailin nüvəsizləşdirilməsi istiqamətində dünya ilə sıx iş aparır.

İranın İsraili özünə düşmən hesab etməsi əlbəttə ki, təkcə bu iki ölkə üçün deyil, bütün region üçün, eləcə də bizim region üçün gərginlik və təhdid mənbəyi olaraq qalır. Çünki İrana görə İsraillə müttəfiq olan bütün ölkələr onlar üçün potensial düşmən dövlətdir, bu isə kökündən səhv yanaşmadır. Böyük ehtimal İsrail İranın nüvə obyektlərini zərərsizləşdirmək üçün müəyyən addımlar atacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə