“Heydər Əliyev yeni Azərbaycan erasını yaratdı” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük yeniliklərə, işlərə imza atıb ki, onun Azərbaycan xalqı qarşısındakı xidmətlərini sözlə ifadə etmək mümkün deyil. Əgər biz bu gün Azərbaycan tarixindən danışa biliriksə, Azərbaycan deyə bir məmləkət mövcuddursa, məhz bu ulu öndərin fəaliyyətidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Heydər Əliyev yeni Azərbaycan erasını yaratdı: “Şübhəsiz ki, ən çətin və gərgin dövrdə artıq məhv olma təhlükəsinin qarşısında azərbaycançılıq adlı vahid bir ideya yaradıldı ki, bu həmin dövrdə çox böyük məsulliyyət və fədakarlıq tələb edirdi. Ulu öndərin ideyasından ideologiyaya çevrilməyə başlayan azərbaycançılıq bu gün bizi Cənubi Qafqazda söz sahibinə çevirdi”.
Deputat sözlərinə belə davam edib: “İndi tam əminliklə deyə bilərik ki, ulu öndərin banisi olduğu azərbaycançılıq ideologiyası xalq tərəfindən mənimsənildi və özünü doğrultdu. Heydər Əliyev Azərbaycan xalqının milli və dövlətçilik maraqlarının təmin olunması üçün bütün gücünü istifadə etdi. O, Azərbaycan xalqını beynəlxalq münasibətlərdə böyük arenaya çıxarmağı, Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı, müstəqil Azərbaycan dövlətinin əbədi olmasını qarşısına məqsəd qoymuş böyük bir mücahid idi. Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar qısa bir zamanda uğurlu nəticələr verərək iqtisadi inkişafa gətirib çıxardı və xalqın rifah halının yaxşılaşmasına şərait yaratdı. Bu dahi şəxsiyyət qətiyyətləri ilə xalqı öz arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib olmağa nail oldu.
Bu il Azərbaycanın tarixində yeni bir eranın yaradıcı olan Ulu Öndərin 100 illliyi ilə əlaqədar Heydər Əliyev ili kimi qeyd olunur. Ölməz rəhbərin fəaliyyəti nəinki bu il, hər zaman Azərbaycan gəncliyinə, azərbaycan ictimaiyyətinə təbliğ olunmalıdır. Çünki məhz Heydər Əliyevin fəaliyyəti Azərbaycan tarixidir, dövlətçilik, müstəqillik bir xalq dövlət kimi var olmaq uğrunda mübarizədir. Bu cəhətdən də dövlətimizin bu şanlı yolunun unudulmaması üçün hər zaman təbliğat aparılmalıdır. Zaman keçdikcə Ulu öndərimizin adı Azərbaycan xalqının simvoluna, fəaliyyəti isə qəhrəmanlıq tarixinin rəmzinə çevrilir.
Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlı yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd edir. Xalq qarşısındakı xidmətlərinə görə Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılacaq. Xalqımız var olduqca ulu öndər də yaşayacaqdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB