4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilə əlaqədar olaraq Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri BMT-nin Baş Katibi cənab Antonio Guterresə müraciət ünvanlayıblar. SİA xəbər verir ki, müraciətdə 30 illik işğal zamanı Ermənistanın minalardan istifadə etməsinin bu gün də dinc əhali üçün böyük təhlükə yaratdığını və humanitar minatəmizləmə sahəsində fəaliyyət göstərən bir sıra əsas qurumlarla tərəfdaşlıq məsələlərinə toxunulub. Eyni zamanda, 2023-cü il may ayının sonunda Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olması üzrə minatəmizləmə fəaliyyətinin bir hissəsi olaraq İkinci Beynəlxalq Minatəmizləmə Konfransı keçiriləcəyi də müraciətdə qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB