Prezident İlham Əliyev “Togg”un Bakıya gətirilməsindən məmnunluğunu bildirib
Prezident İlham Əliyev Türkiyənin ilk yerli elektromobili “Togg”un Bakıya gətirilməsindən məmnunluğunu bildirib, bununla bağlı Türkiyə dövlətinin başçısına minnətdarlığını ifadə edib.
SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 4-də Türkiyə Respublikasının sənaye və texnologiya naziri Mustafa Varankı qəbul edərkən deyib.
Azərbaycan Prezidenti bu tipli avtomobilin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB