"Gec-tez haqq-ədalət öz yerini tapır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Sözsüz ki, biz Ermənistanın bugün və dünənki durumunun necə acınacaqlı olduğunu bilirik. Bunu həm 44 günlük Vətən müharibəsi dövründə, həm də müharibədən sonra bir daha gördük". Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, Ermənistanda bütün sahələrdə total böhran hökm sürür: "Ermənistan bu gün ordan-burdan yardım almaqla idarə olunur. Biz bunu Nikol Paşinyanın dilindən də eşitmişdik. Bu günlərdə Anna Akopyanın da bunu öz dili ilə ifadə etməsi Ermənistandakı acınacaqlı vəziyyəti sübut etdi.
Erməni xalqı fəakət içindədir. Bir xalq ki, öz dövlətinin ordusunda xidmət etməsin və bundan imtina etsin?! Bu həmin dövlətin, ərazinin və torpağın o xalqa mənsub olmadığını göstərir. Gec-tez haqq-ədalət öz yerini tapır. Erməni xalqı çox gözəl bilir ki, Ermənistan onların tarixi torpaqları deyil. Nə qədər ki, onlar yalanlar uyduraraq dünyanı inandırmağa çalışsalar da, dünya 200-300 il bundan öncəki kimi deyil. Hər kəs bilgi əldə etmək qabiliyyətindədir.
Ermənistanda 11 mindən artıq fərarinin olması onu göstərir ki, onlar öz dövlətlərinə inanmır, öz ölkələrini özlərinə vətən saymır və öz ordularını ordu hesab etmirlər. Bu torpaqlar əsl sahibinə qayrtarılacaq. Təkcə XX əsrin əvvəlindən bu günə qədər hesablasaq, bəlkə də 1 milyondan çox Azərbaycanlı öz dədə-baba torpaqlarından deportasiya olunub. 1905-1907, 1918-1922, 1947-1951 və nəhayət 1987-1991-ci illərdə bunlar baş verib. Elə təkcə 1987-1991-ci ildə 300 mindən çox Qərbi Azərbaycandan soydaşlarmız etnik təmziləməyə məruz qalıb".
Məlahət İbrahimqızı sözlərinə belə davam edib: "Deportasiyaarası müddətdə də insanlar zaman-zaman təhsil almaqla və ailə vəziyyətləri ilə bağlı Azərbaycana köç ediblər. Tədqiqatçılar və aparılan demoqrafik araşdırmalar göstərir ki, 1 milyondan çox Qərbi Azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin düşüb. Bütün bunlar 100 il ərzində baş verib. 100 il də tarix üçün göz qırpımı sayılır və uzun məsafə deyil. Son 100 ildə Azərbaycaan qarşı belə bir haqsızlıq tətbiq olunubsa, bu heç vaxt mümkün deyil ki, həmin torpaqlar təcavüzkarlara nəsib olsun. Ona görə də erməni gənclərinin öz orudusunda xidmət etməmələrinin səbəbi bununla bağlıdır. Onlar çox gözəl bilir ki, bu torpaq onların deyil. Nə qədər yalan uydursalar da, həqiqəti bilirlər. Biz biliriksə, onlar da bilər. Onların adlarına qədər Azərbaycan kökənlidir. Ermənilər son illər çalışırlar ki bizim sözlərdən istifadə etməsinlər ki, guya bunlar erməni xalqıdır. Amma onlar həqiqətən də bölgəyə sonradanköçmə xalqdırlar. Bu barədə Amerika Mərkəzi Kəşfiyyat İdarəsində hesabat var ki, saytlarında açıq paylaşılıb.
Bunda sonra da Ermənistanda gənclər arasında fərrarilik daha da artacaq. Onlar nə qədər faşist mövqeyində qalacaqlarsa, taleləri də qaranlıq olacaq. Ona görə də elə indidən erməni xalqının içində xoşgörü bir ziyalı varsa, öz xalqının taleyini düşünsün".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB