Separatçıların arzulamadığı HƏQİQƏTLƏR VƏ REALLIQLAR – TƏHLİL

Separatçıların arzulamadığı HƏQİQƏTLƏR VƏ REALLIQLAR – TƏHLİL

Dünyada müşahidə edilən iqtisadi böhran, ələlxüsus enerji təhlükəsizliyi hər kəsi narahat edir və ələlxüsus Avropa bu məsələdə sıxıntılarla qarşı-qarşıya olduğunun çoxdandır ki, fərqindədir. Elə bu səbəbdən də Avropanın bir sıra ölkələri enerji təminatçısı olan Azərbaycana xüsusi dəyər verməkdədir və bu reallıq indi erməni cəmiyyətində separatçıları bərk narahat edir və bu mənzərə separatçıların arzulamadığı həqiqətlərləri əks etdirən mənzərədir.

İndi hayların kürkünə birə düşməsi tam şəkildə anlaşılandır və yenə də ağzıgöyçəklər reallıqlara don geyindirmək üçün əldən-ayaqdan gedirlər. Avropanın bir sıra ölkələrinin Azərbaycanla əlaqələrə üstünlük vermələri, ölkəmizin mövqeyini dəstəkləməsi separatizmi dəstəkləyən hayların yuxularını ərşə çəkib. Yuxuları ərşə çəkilən həmin o haylar da yenə reallıqları təhrif etməkdən başqa çarə tapmırlar və ölkəmizlə münasibətlərə, hüquqi addımlarımıza, mövqeyimizə dəyər verən ölkələri erməni yalanları müstəvisində olan hansısa qondarma prinsplərə xəyanətdə ittiham etməyə çalışırlar. Macarıstan, İtaliya kimi ölkələr indi separatçı hayların hədəfinə çevrilib, ona görə ki, həmin ölkələr Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər və ölkəmizlə iqtisadi əlaqələrə üstünlük verirlər. Onlar ölkəmizin ümumilikdə Avropa üçün enerji təminatçısı, iqtisadi tərəfdaş olmasını, eləcə də iqtisadi potensialının getdikcə artmasını və bunun dəyərləndirilməsini nəinki qəbul etməkdə çətinlik çəkirlər, bu həqiqətlər onlar üçün kabusa çevrilib.

Bilirik ki, fevralın 5-dən Avropa İttifaqında Rusiya neft məhsullarının ticarətinə qadağa qoyulması barədə qərar qüvvəyə minib və bu o deməkdir ki, Avropada artıq neft məhsullarına olan tələbat yaranıb. Məhz elə bu tələbatla əlaqədar Azərbaycan neftinə maraq, eləcə də ehtiyac artıb. Məsələn, Macarıstanın MOL şirkəti Bratislavadakı neft emalı zavodunda müxtəlif növ yanacaq istehsalı üçün Azərbaycan neftindən istifadə etməyə başlayır. Macarıstanın neft və qazla zəngin Azərbaycanla əməkdaşlıqda fayda olduğunu qəbul edir. Bu da Bakı ilə Budapeştin münasibətlərinin, dostluğunun bundan sonra daha möhkəm olması deməkdir, hansı ki, separatçı haylar bundan bərk narahat olmağa başlayıblar. Amma onlar bir həqiqəti başa düşməkdə çətinlik çəkirlər ki, əslində, Azərbaycan istər təbii sərvətləri ilə, istərsə də öz mövqeyi ilə Avropa ölkələrinin diqqətini cəlb edir və bundan sonra da cəlb edəcək. Bu, onlar arzulamadıqları həqiqət, mövcud reallıqdır.

Cari ilin 30 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü və görüşdən sonra sənədlərin imzalanması onsuz da hay əsilli separatçıları bərk qıcıqlandırmışdı. Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması da öz növbəsində onlar üçün heç də arzuolunan deyildi. Digər tərəfdən də Azərbaycanın Şuşa şəhəri ilə Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi, mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması isə nəinki ölkələrimiz, hətta şəhərlərimiz arasındakı dosluğun bundan sonra daha da möhkəmlənəcəyindən xəbər verir, hansı ki, bu, separatçı hayları tamamilə hövsələdən çıxarıb və bütün bunlara öz xislətlərinə uyğun don geyindirmələri də təbii ki, anlaşılandır və bu, keçirdikləri narahatçılığın təzahürü kimi başa düşülür.

Separatçı haylar Macarıstanın Azərbaycanla əlaqələrindən o qədər narahat olublar ki, həmin ölkəyə NATO və Avropa İttifaqında yer olmadığı fikrini yaymaqdan da utanmırlar. Yəni, iki suveren ölkənin bir-biri ilə iqtisadi, eləcə də dostluq əlaqələrinə, ələlxüsus enerji böhranının aradan qaldırılması üçün töhfələr verən munasibətlərinə belə bir don geyindirmək sözün əsl mənasında ən azından utanmazlıqdır. Sözsüz ki, hayların bu münasibətlərdən qısqanclıq hissi başadüşüləndir, çünki ölkəmizin belə əlaqələrlə qüdrətinin daha da artdığı bir reallıq, təkzibedilməz həqiqətdir, hansı ki, bu həqiqət onların arzulamadığı həqiqət hesab olunur.

Azərbaycan torpaqlarında məskunlaşan, Qarabağ ərazilərində yaşayan erməni əsillilərin guya blokadaya alınmasını bildirən və onların guya blokadada qalmasına Macarıstanın susqunluğunu da separatçı haylar öz hay-küyləri ilə eybəcər görüntüyə oxşatmağa çalışırlar. Halbuki, nə blokadadan söhbət gedə bilməz, nə də erməni əsillilərin sıxışdırılmasından. Azərbaycan öz ərazisində yaşamaq hüququ verdiyi erməni əsilliləri niyə blokadada saxlasın axı? Əgər belə bir niyyət olsaydı, heç onların məskunlaşmasına belə imkan verilməzdi. Məgər Ermənistan ərazisində azərbaycanlıların yaşamasına, məskunlaşmasına imkan verilib? Verilməyib. Halbuki, Qarabağda yaşayan hay əsillilərdən fərqli olaraq, həmin ərazilər, yəni Ermənistanın əraziləri bizim dədə-baba torpaqlarımız, yurd-yuvamız olub, amma orada bir dənə də olsun azərbaycanlının qalmasına, yaşamasına ermənilər imkan verməyiblər, etnik təmizləmə siyasətlərinə tam şəkildə əməl ediblər. Belə olan halda, onları blokadada saxlamaqda Azərbaycanı hansı üzlə ittiham etdikləri bəlli deyil, çünki bu, yalnız erməni xislətinə tanış ola bilər. Əsl reallıq, ən çılpaq həqiqət də elə budur, hansı ki, bu həqiqəti də, bu reallığı da ermənilər görməyi belə arzulamırlar, nəinki qəbul etməyi.

Çoxdandır ki, erməni əsilli separatçıları narahat edən, hətta onları ağrıdan bir çox Avropa ölkələrinin Azərbaycanla dostluq etməyə, əlaqələrini möhkəmləndirməyə maraqlı olmasıdır. Macarıstandan başqa İtaliya ilə münasibətlər də hayların gözünə şiş kimi batıb. Separatçı haylar İtaliyanın Azərbaycana ehtiramını həzm edə bilmirlər. Özü də italyanların azərbaycanlılara olan rəğbətini açıq şəkildə göstərmələri hayları tamamilə özlərindən çıxarır. Ələlxüsus, görəndə ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda apardığı 44 günlük müharibəni İtaliya parlamenti pisləmədi, əksinə, dəstəklədi, hayların halları tamamilə pisləşdi və bu ölkəni də özlərinə düşmən bəllədilər. Əslində, İtaliya həqiqətin, doğrunun, haqlı mövqeyin, bir sözlə hüquqi tələblərlə çıxış edən ölkənin, yəni haqlı olan Azərbaycanın yanında olduğunu bəyan edib, heç bir qəbahət etməyib, halbuki, bu reallığı separatçı haylar uda, qəbul edə bilmirlər.

Haylar bilirlər ki, son illər İtaliya Azərbaycandan böyük həcmdə, çoxlu miqdarda təbii qaz idxal edib. Bilirlər və hətta görürlər ki, bu həcm get-gedə də artır. Müqaisə üçün diqqətə çatdıraq ki, 2021-ci ildə İtaliyanın Azərbaycandan idxal etdiyi təbii qazın dəyəri 3 milyard 377 milyon 214,666 min avro təşkil etdiyi halda, 2022-ci ildə bu rəqəm 13 milyard 253 milyon 515,481 min avro təşkil edib. Deməli, İtaliyanın 2022-ci ildə Azərbaycandan qaz alışı üçün xərcləri təxminən 3,9 dəfə artıb. Bu çox böyük rəqəmdir və artım dinamikası da göz önündədir. Bir sözlə, haylar arzulamadıqları həqiqətləri görürlər və separatçıların ovqatını təlx edən də bu reallıqlardır. Bundan sonra Avropa ölkələrinin Azərbaycanla əlaqələrə üstünlük verəcəyi şübhə doğura bilməz, çünki ölkəmiz onlar üçün Ermənistandan fərqli olaraq maraqlı tərəfdir. Bu baraq isə əlaqələrin daha da artacağı anlamına gəlir. Əlaqələrin daha da artması izə ölkəmizin qüdrətinin sürətlə artması deməkdir, hankı ki, bu reallıq da düşmənlərimiz üçün aruzolunmazdır.

Azərbaycanın əlaqələri genişlənir, qüdrəti, gücü, potensialı artır və bu reallığı qəbul etməmək axmaqlıqdan başqa bir şey deyil. Ən böyük axmaqlıq isə bu potensialı dəyərləndirməməkdir. Bu gün Ermənistan tərəfi sülh danışıqlarını ləngidirsə, Qarabağda bir neçə nizamsız silahlı dəstə revanş dedikləri hansısa axmaq fikirlərə düşübsə, bu ən böyük səhv və yanlışlıqdır. Əvvəla ona görə ki, reallıqda Azərbaycanın hərbi gücü, ümumiyyətlə, iqtisadi qüdrəti hayların ölkəsi ilə müqaisəyə belə gəlməz. Ermənistanın silahlı qüvvələri verdikləri bu qədər itgilərdən əvvəl Azərbaycanın qarşısında cəmi 44 gün davam gətirə bilmədisə, deməli, xaotik silahlı birləşmələr, separatçı dəstələr bir neçə saatda məhv edilə bilər, hansı ki, bu reallığı, bu həqiqəti görməyi arzulamasalar belə, nə qədər tez dərk etsələr bir o qədər onlar üçün yaxşı olar, böyük itgilərdən yaxa qurtara bilərlər. Digər tərəfdən də, əgər Ermənistan tərəfi bu zamana qədər Avropa ölkələrinin dəstəyinə ümid edirdisə, onlara tərəf çıxacaqları, Azərbaycanı hədəfə alacaqları qənaətində idisə, indi belə bir ümid bəsləməyə, belə bir qənaətdə olmağa əsaslar belə yoxdur. Çünki Azərbaycanın Avropada artıq maraqlı tərəf və söz sahibi olduğu təkzib edilə bilməz. Əsl reallıq elə bunlardır, hayların xəyal etdikləri, uydurduqları miflər yox. Bu reallıqları, bu həqiqətləri separatçılar arzulamaya bilərlər, amma bunlar bir gerçəklikdir və onların Azərbaycanın qalib ölkə, bundan sonra da qələbə əzmində bir dövlət olması ilə barışmaqdan başqa çarələri yoxdur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə