"İdarəçilik sistemində ciddi keyfiyyət dəyişikliyi baş verəcək” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçına öz xüsusi nümayəndəsini təyin edib. Cənab Prezident nümayəndəni qəbul etdi, tapşırıqlar verdi və xüsusilə Laçın rayonunda gedən yenidənqurma işləri, Laçının bərpası ilə bağlı göstərişlər verdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.
Onun sözlərinə görə, eyni zamanda xüsusi nümayəndə institutu təkcə işğaldan azad olunmuş regionlarımızla kifayətlənməməli, eyni zamanda ölkə ərazisində də bu özünü doğrultmuş bir idarəçilik formasına keçid lazımdır: “Cənab Prezidentin bu sözləri onu göstərir ki, yaxın prespektivdə artıq regionların idarəsi ilə bağlı sahədə ciddi islahatların aparılması gözlənilir və məhz Qarabağda, Şərqi Zəngəzur iqtisadi rayonunda tətbiq edilən idarəçilik modelinin bütün ölkə ərazisində tətbiqi reallaşa bilər”.
Elman Nəsirov sözlərinə belə davam edib: “Eyni zamanda, bütün bunlar çox ciddi kadr islahatlarını özündə ehtiva edir. Cənab Prezident hər zaman kadrlar təyin edərkən onların qarşısında qoyduğu əsas vəzifə odur ki, “Xalqa ləyaqətlə xidmət edin” və həmişə qeyd edir ki, özü xalqın bir nömrəli xidmətçisidir. Ləyaqətlə xidmət etsəniz, sizi vəzifə karyeranızda yüksəliş gözləyir. Əgər şəxsi mənafə ön plana keçəcəksə, xalqa ləyaqətlə xidmət etməyəcəksinizsə, bu dəmir barmaqlıqlar arxasında olmaq xəbərdarlığını verir. Cənab Prezident dəfələrlə bu barədə xəbərdarlıq edib.
İnanırıq ki, Qarabağ və Şərqi Zəngəzurda özünü doğruldan bu yeni idarəçilik modeli ölkə ərazisində tətbiq edilməklə Azərbaycanda idarəçilik sistemində ciddi keyfiyyət dəyişikliyi baş verəcəkdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB