Baş prokuror Kamran Əliyev İsmayıllıda vətəndaşları qəbul edib. SİA xəbər verir ki, qəbulda İsmayıllı, Qobustan, Şamaxı, Qəbələ, Oğuz, həmçinin, digər rayonlardan olan 41 nəfər iştirak edib.
Müraciətlərdə qaldırılan məsələlərin prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.
Qəbuldan sonra Baş prokuror vətəndaşların müraciətlərinə obyektiv baxılmasına görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB