Sülhməramlıların daha dörd avtomobili aksiya ərazisindən maneəsiz keçib
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Xankəndidən Laçına doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus üç təminat avtomobili aksiya ərazisindən maneəsiz keçib. Bundan əlavə, sülhməramlıların bir təminat avtomobili Xankəndiyə gedib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB