Si Cinpin ÇKP və dünya siyasi partiyaları arasında yüksək səviyyəli dialoqda iştirak edəcək

Si Cinpin ÇKP və dünya siyasi partiyaları arasında yüksək səviyyəli dialoqda iştirak edəcək

Çərşənbə günü Çin Kommunist Partiyası (ÇKP) və dünya siyasi partiyaları arasında yüksək səviyyəli dialoq videobağlantı vasitəsilə keçiriləcək. SİA-nın verdiyi məlumata görə, bunu Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Departamentinin sözçüsü Hu Zhaoming bu gün açıqlamasında deyib.

Onun sözlərinə görə, Pekində bu dialoqun açılış mərasimində ÇKP MK-nın baş katibi və Çin sədri Si Cinpin iştirak edəcək və əsas nitqlə çıxış edəcək.

Hu Zhaoming bildirib ki, "Modernləşməyə gedən yol: Siyasi partiyaların məsuliyyəti" əsas mövzusu ilə keçiriləcək tədbirdə dünyanın bir çox ölkələrindən siyasi partiya və siyasi təşkilatların rəhbərləri iştirak edəcək.

Çin 2017-ci ildə Pekində ÇKP və dünya siyasi partiyaları arasında ilk yüksək səviyyəli dialoqu keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə