“Forumun ölkəmizdə keçirilməsi böyük əhəmiyyət daşıyır” - MÜNASİBƏT BİLDİRİLDİ
“Qlobal Bakı Forumu Azərbaycan Prezidentinin cənab İlham Əliyevin beynəlxalq arenada güc, qüdrət və eyni zamanda, yeni yanaşmalara maraqlı olmasının ən böyük göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Oktay Hacımusalı deyib.
Onun sözlərinə görə, 2013-cü ildən etibarən Bakıda keçirilən bu forum indiyə qədər bir çox önəmli məsələlərin müzakirəsi ilə yadda qalıb: “Heç şübhəsiz ki, dövlətimiz dünyada yeni yaranan dəyərlərin, eyni zamanda, dünya üçün əhəmiyyətli olan məqamların hər zaman ön planda olmasını təmin edib. Dünyada yaşanan katoklizmlər, böhranlar, ikili standartlar artıq süquta uğramış multikultural dəyərlər, tolerantlıq və insanların sülh sabitlik kimi birgə yaşayış modelləri içərisində yaşamasının qeyri-mümkün olduğu bir zamanda Azərbaycan özünün modelini multikultural, tolerantlıq modelini yaratdı. Eyni zamanda, dünyaya yeni bir model təqdim etdi. İllərlə bizim acılarımızı, bizə qarşı törədilən soyqırımları, yaşadığımız çətinlikləri görməzdən gələn dünyanın qarşısında da yeni bir pəncərə açdı və sübut etdi ki, sözün həqiqi mənasında, Azərbaycan müasir dünyada yaşanan bütün proseslərdən halidir, bütün proseslərin içərisindədir və belə demək mümkündürsə, gedən proseslərdə əsas və önəmli aktlardan biridir”.
Oktay Hacımusalı sözlərinə belə davam edib: “Yəni, bu illər ərzində 2013-cü ildən indiyə qədər 10 tədbir keçirilib və bu il artıq həm də Qlobal Bakı Forumunun 10 illiyini də qeyd edirik. 10 il az bir zaman kəsiyi deyil. 10 il ərzində bu tədbirlərdə müxtəlif məsələlər müzakirə olunub və dünyanın xeyrinə olan bir çox qərarlar da məhz builki Qlobal Bakı Forumunun nəticələri olaraq qəbul olunub. Yeni yanaşmaların bu forum vasitəsilə əsası qoyulub.
44 günlük Vətən müharibəsindən sonra qazanılan qələbə, əslində, dünyaya Azərbaycanın yenidən bir inteqrasiya prosesini başlatdı. Amma bu dəfə yeni reallıqlar vasitəsilə oldu. Yəni indiyə qədər Azərbaycanın bəzi məqamlarda səsi eşidilmirdisə, artıq bu gün Azərbaycan həm də qalib ölkədir. Bu il daha çox dünyanın qarşısını kəsən təhdidlər və həmin təhdidlərdən çıxış yolları axtarmaq məqsədilə Qlobal Bakı Forumunun iştirakçıları ölkəmizin paytaxtına yığılıblar və bu forumun iştirakçıları dünyada mövcud olan yeni təhdid mexanizmlərinin, əslində, birgə yaşayışa nə qədər ziyan vura biləcəyi ilə bağlı dünyaya mesaj vermək üçün buradadırlar.
Azərbaycanda keçirilən bu forumda əsas qayə dünyanın yeni reallıqlara hazır olması, yeni reallıqların içərisində bir vaciblik, yəni birgə yaşayışın, sülhün, sabitliyin, stabilliyin vacibliyi və dövlətlərin, cəmiyyətlərin, insanların, dinlərin, dəyərlərin bir-biri ilə yola getməsi, bir-biri ilə sülh şəraitində, əmin-amanlıq şəraitində yaşamasının vacibliyini ön plana çıxardır.
Biz bu gün həm də yeni reallıqları nəzərə alırıq. Yəni, dünyada reallıqlar var ki, həmin reallıqlar əməkdaşlıqdan keçir və hər zaman yəni sülh üçün çıxış yolları axtarmaq, dünyanı bu son gəldiyi vəziyyətdən, böhrandan əvvəlki vəziyyətə geri gətirmək lazımdır. Onun üçün çalışırıq və dünyada, əslində, dəyərlərin müharibəsi yox, dəyərlərin birgə yaşayışı vacibdir.
Qlobal Bakı Forumunun böyük keçirilmə səbəblərindən biri də dəyərlərin münaqişəsi yox, dəyərlərin birgə yaşayışının təmin olunması və yeni dünyada baş verən müəyyən katoklizmlərdən xilas olmanın yollarını axtarmaqdır. Bu gün çıxış edənlərin hər biri, əslində, dünyanı təhdid edən dəyərlərdən danışdı. Bu cür mötəbər bir tədbirin məhz ölkəmizin paytaxtında keçirilməsi Azərbaycan üçün böyük amildir. Çünki biz bu tədbiri hər il keçirdikdə, əslində, yeni nələrsə öyrənirik”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB