"Ermənistan aktiv şəkildə növbəti müharibəyə hazırlaşdırılır" -POLİTOLOQ ŞƏRH ETDİ
"Ermənistan aktiv şəkildə növbəti müharibəyə hazırlaşdırılır. Bu gün Ermənistanın sülhdən danışıb, Azərbaycanın ərazi bütövlüyünü hələ də sual altına almağa çalışması, eyni zamanda, Qarabağ separatçıları ilə əlbir olaraq, nə qədər qeyri-səmimi və ikiüzlü olduğunu növbəti dəfə dünyaya nümayiş etdirdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Onun sözlərinə görə, Ermənistanın əsas məqsədi Fransa və Rusiya arasında növbəti geopolitik qarşıdurmanın məkanına çevrilmək və Ermənistan ərazisini siyasi güclərə peşkəş çəkməkdən ibarətdir: "Məhz bu siyasəti yerinə yetirərkən, Ermənistan bir çox iyrəncliklər edir və bu iyrəncliklərin də başında Azərbaycanla mümkün ola biləcək sülh prosesini sobataj etmək dayanır. Ermənistanın bütün təxribatları yalnız buna yönəlib. Xüsusilə, bu təxribatların sayının Avropa İttifaqının müşahidə missiyası adı altında Ermənistan ərazilərinə daxil olan Fransa kəşfiyyat xidmətinin gəlməsindən sonra başlaması, hadisələrin təsadüfi olmadığını söyləməyə əsas verir. Hesab edirəm ki, əsas məqsəd Azərbaycanı təhrik etmək və daha sonra guya Ermənistan ərazilərinə hansısa hücumlar baş verirmiş şəklində təqdim edərək, Azərbaycanı növbəti dəfə nələrdəsə günahlandırmaqdan ibarətdir. Ermənistanın son təxribatlarının arxasında Qərbə bağlı olan qüvvələrin, eyni zamanda, separatçıları müşayiət edən rusiyalıların da müəyyən qədər rolunun olduğunu düşünürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB