"Heydər Əliyev ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb" - Peter Stoyanov

"Heydər Əliyev ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb" - Peter Stoyanov

Bu gün Bolqarıstanla Azərbaycan arasında əməkdaşlıq çox yüksək səviyyədədir. Bu əlaqələrin möhkəmlənməsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin mühüm rolu olub. SİA xəbər verir ki, bu barədə Bolqarıstanın eks-prezidenti Peter Stoyanov Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə deyib.

O qeyd edib ki, Heydər Əliyev öz siyasi müdrikliyi ilə Azərbaycanı qlobal arenaya çıxarıb.

“O, Azərbaycanı münaqişə dövründə (90-cı illərdə) ölkənin üzləşdiyi çətinliklərdən və təhlükələrdən xilas edib”, - o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə