“Heydər Əliyev ili”nə həsr olunan şahmat turnirinə start verilib - FOTOLAR
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının və İmişli Uşaq Gənclər İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili”nə həsr olunan 2009-2014-cü il təvəllüdlü İmişli rayon məktəbliləri arasında keçirilən şahmat turnirinə start verilib. SİA xəbər verir ki, ilk olaraq Ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Ümummilli Lider Heydər Əliyevin “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışıb.
Digər çıxış edənlər öz misilsiz fəaliyyəti ilə Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazan, müstəqil Azərbaycanımızın memarı və qurucusu olan böyük tarixi şəxsiyyət Heydər Əliyevdən söhbət açıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB