“Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün çalışmalıyıq” - SƏDR DANIŞDI

“Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün çalışmalıyıq” - SƏDR DANIŞDI

“Xocalı hadisələri barədə danışmaq mənim üçün çox çətindir. Lakin biz bu hadisələri ununutmamalı, hər zaman bu barədə danışaraq gələcək nəsilləri də məlumatlandırmalıyıq. Eyni zamanda bütün gücümüzlə beynəlxalq ictimaiyyətin fikrini ermənilərin törətdikləri bu cür vəhşiliklərə yönləndirməliyik”. SİA xəbər verir ki, bu sözləri YAP Səbail rayon təşkilatının Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib.

Onun sözlərinə görə, biz heç vaxt milli birliyimizi unutmamışıq: “Bunun nəticəsidir ki, biz 2020-ci ildə bir yumruq olaraq ermənilərə kim olduğumuzu göstərdik. Baxmayaraq ki, Azərbaycan haqq-ədalət müharibəsi aparırdı. Lakin bu zaman belə biz heç bir mülki erməni vətəndaşının burnunu belə qanatmadıq. Amma bütün bunlara rəğmən onlar yenə də öz məkrli siyasətlərindən əl çəkmədilər və bir daha bizim bəzi şəhərlərimizi ballistik raketlərlə atəşə tutaraq, mülki əhaliyə qarşı yenidən sui-qəsd etdilər. Bütün bunlar göstərir ki, ermənilər var olduqca, onların içində türklərə qarşı olan kin-nifrət bitməyəcək. Biz buna görə də unutmamalıyıq ki, 200 ildən çoxdur ki, onlar bizə qarşı məkrli siyasət yürüdürlər. Vətəndaş olaraq hər birimiz dünyanın istənilən yerində olmağımızdan asılı olmayaraq, hər zaman Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün çalışmalıyıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə